Mixail Polikarpov: -“Mən atəşkəs üçün heç bir ilkin şərt görmürəm

ELAZ.İNFO xəbər verir ki, ötən gün ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Rusiya üçün Ukraynada atəşkəsə dair “son tarix” müəyyən edilib.

Rusiyalı hərbi ekspert Mixail Polikarpov bununla əlaqədar bildirib ki, “Rusiya atəşkəsin mümkünsüzlüyünü irəli sürür, Ukrayna isə buna getməyəcək”.

Hərbi ekspert bunu şərtlərlə izah edib. O deyib ki, “Mən atəşkəs üçün heç bir ilkin şərt görmürəm, xüsusən də Ukrayna ilə ABŞ mineral sazişlə bağlı danışıqlar zamanı heç bir konsensusa gələ bilinmədiyi bir zamanda. Barışıq üçün heç bir əsas yoxdur “.

Mixail Polikarpov əlavə edib ki, “cəbhədə döyüş əməliyyatları davam edir və Almaniya Ukraynaya Taurus raketlərini təhvil vermək niyyətindədir.

-“ABŞ Ukraynaya qarşı radikal addımlar atmasa, nəinki hərbi yardım dayandırılsa, hətta iqtisadi sanksiyalar tətbiq edilsə belə, yaxın gələcəkdə münaqişənin sona çatması üçün heç bir perspektiv görmürəm” -deyə Polikarpov qeyd edib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights