Mirvarid Dilbazi Poeziya Məclisi M.S.Ordubadi adına kitabxanada kitabların təqdimatını keçirdi

ELAZ.İNFO, BAKI, 07.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.S.Ordubadi adına kitabxanada Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili çərçivəsində əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevanın ” Ulu Öndərə mənəvi borcum”, Vaqif Osmanlının “Ulu Öndərin ” canlı əsəri” Tərlan”, Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi ” Babamın papağı, nənəmin kəlağayı” kitablarının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açdı və qonaqları salamladı. Tədbiri aparmaq üçün söz Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya verildi. O, tədbir haqqında geniş məlumat verdi.
Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra Güllü xanım Birliyin milli mənəvi dəyərlərə önəm verməsindən, onu nəinki Azərbaycanda, Rusiyada, Gürcüstanda təqdim edilməsindən, yeni çapdan çıxmış “Babamın papağa, nənəmin kəlağayı” kitabında toplanan şeir və nəsr nümunələrinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan söhbət açdı.
Söz ” Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabının müəllifi araşdırmaçı yazar, publisist Vaqif Osmanlıya verildi. Vaqif Osmanlı qeyd etdi ki, tarix olduğu kimi yazılmalıdır.
“Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı tariximizə yeni yanaşma, Tərlan Musayevanın ömür və əmək yolunu, keçdiyi şərəfli yolun qürurverici məqamlarını özündə əks etdirir. Respublikamızda 70 illik yubileyi təntənə ilə qeyd edilən Tərlan Musayevanın şərəfli və çətin ömür yolunu özündə əks etdirən kitabı oxucular sevə- sevə oxuyacaq. Düşünürəm ki, zamanında yazılmış kitabdır.

“Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi, “Xalqlar dostluğu” ordenli Tərlan Musayeva uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin daim Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olmasından, bu sahədə apardığı ardıcıl və məqsədyönlü siyasətdən və bu siyasəti uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq fəaliyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair, yazıçı Asim Yadigar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Sulfa rayonu, Kırma kənd Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, milli dəyərlərimizin təbliğatçısı, quramaçı Aybəniz Camalova, şairə Sevinc Səbzəliyeva, Sona Teymurbəyli, şairlərdən – Əməkdar Mədəniyyət işçisi Ümbulbanu Musayeva, Sədərək rayon MKS-nin direktoru Kəmalə Nəsrin, Sevda İbrahimli kitablar haqqında öz təəssüratlarını bölüşüblər.
Sonra iştirakçılara kitablar təqdim edilib, Əmək qəhrəmanı Tərlan Musayevanın həyatına aid videoçarxa və milli papaqlar, qədimi və kəlağayılar, quramalardan ibarət sərgiyə baxış olub.
Tədbirin davamı Culfa rayonu Mədəniyyət Sarayında keçiriləcək.
Tərlan Musayevanın 70 illik yubileyinə töhfə olan ” Ulu Öndərin “canlı əsəri” “Tərlan”, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə töhfə olan “Ulu Öndərə mənəvi borcum” , milli mənəvi dəyərlərimizə bəhs edən “Babamın papağı, nənəmin kəlağayısı” kitablarının təqdimatı və təbliğatı ilboyu Azərbaycanımızın bölgələrində və respublikadan kənarda keçiriləcək.
Tədbirin sonunda təşkilatın sədri Güllü Eldar Tomarlı Naxçıvan MR Mədəniyyət Nazirliyinə, təşkilati dəstək üçün Fəxrəddin Mahmudova və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
[11:38, 2025-5-7] Güllü Eldar Tomarlı: Naxçıvan MR Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Culfa Rayonu Mədəniyyət Sarayında Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Tərlan Musayevanın 70 illik yubileyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdən öncə Culfa Şəhidlər Xiyabanı ziyarət olundu. Kəlağayı Ev Muzeyinin qədimi və müasir kəlağayılarından, müxtəlif növ papaqlardan, əl işlərindən, təşkilatın dəstəyi ilə işıq üzü görmüş kitablardan, quramaçı Aybəniz Camalovanın əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sərgi çox böyük maraqla qarşılandı. Sərgidə 100 ədəd kəlağayı göz oxşayırdı.
Tədbiri giriş sözü ilə Mədəniyyət Şöbəsinin müdiri Füzuli Hüseynli açdı,qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.
Şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla anıldı.
Söz Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlıya verildi. O, qeyd etdi ki, Ulu Öndərin anadan olmasının 102- cı ildönümü münasibəti ilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı Tərlan Musayevanın “Ulu Öndərə mənəvi borcum” kitabının işıq üzü görməsi Ulu Öndərin ruhuna töhfədir.
Vaqif Osmanlının “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabı isə Tərlan xanımın keçdiyi çətin və şərəfli ömür yolundan bəhs edir.
“Babamın papağı, nənəmin kəlağayısı” kitabı Güllü Eldar Tomarlı tərəfindən toplanıb və tərtib olunub. Bu kitab orta məktəb şagirdlərindən və tələbələrindən ibarət geniş auditoriya üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Vaqif Osmanlı, Tərlan Musayeva, Kırna Mədəniyyət Evinin direktoru Sona Əsgərova, şəhid bacısı, quramaçı Aybəniz Camalova, Anar İncəli çıxış etdilər.
Maraqlı bədii hissə tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı.
Sevinc Quliyevanın, Gülnar Məmmədəliyevanın, Sona Əlizadənin, Emil Vəliyevin, Məzahir Gülməmmədovun, Rəqsanə Qurbanovanın Tərlan Musayeva və Güllü Eldar Tomarlı haqqında hazırladıqları möhtəşəm kompozisiya maraqla izlənildi.
Sonda Güllü Eldar Tomarlı Naxçıvan MR Mədəniyyət Nazirliyinə, Mədəniyyət şöbəsinə, Culfa Mədəniyyət Sarayına təşəkkürünü bildirib.

Güllü Eldar TOMARLI

Verified by MonsterInsights