ELAZ.İNFO xəbər verir ki, tanınmış MMA döyüşçüsü, “American Kickboxing Academy”nin yetirməsi Mirmahmud Seyidzadə ABŞ-ın Stokton şəhərində keçirilən “209 Beatdown” turnirinə qatılıb. O bu turnirdə ən yüksək pilləyə qalxaraq qalib olub.
Məlumat üçün bildirək ki, Mirmahmud Seyidzadə ABŞ-da yaşayır. San Xose Dövlət Universitetində hüquq təhsili alır.
Gülzar İSAYEVA