ELAZ.İNFO xəbər verir ki, 18 dekabr Beynəlxalq Miqrant Günü həmin insanları xatırlamaq və onların hüquq və ləyaqətinə hörmətlə yanaşmağın lazım olduğunu bəyan etmək gündür.
Məlumat üçün bildirək ki, 1997-ci ildə Filipinlilər və digər Asiya miqrant təşkilatları dekabrın 18-ni miqrantlarla Beynəlxalq Həmrəylik Günü kimi qeyd etməyə və təbliğ etməyə başladılar. Bu tarix ona görə seçilib ki, BMT-nin Bütün fəhlə mühacirlərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiyası məhz 18 dekabr 1990-cı ildə qəbul edilib.
Bu təşəbbüsə əsaslanaraq, 18 dekabr tarixində Miqrant Hüquqları Beynəlxalq Təşkilatı və Beynəlxalq Miqrant Hüquqları Konvensiyasının təsdiqinə dair Qlobal Kampaniyanın və bir çox digər təşkilatın dəstəyi ilə 1999-cu ilin sonlarında BMT-nin rəsmi bir Beynəlxalq Miqrantın təyin olunması üçün onlayn təşviqat başladı və bu kampaniya 4 dekabr 2000-ci ildə yekun olaraq elan edilib.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrantlar Günü elan etməsi miqrantların müdafiəsi ilə məşğul olanların hamısını birləşdirmək üçün vacib bir addımdır. BMT bütün BMT-yə üzv dövlətlərə, hökumətlərarası və qeyri-hökumət təşkilatlarına insan hüquqları və miqrantların əsas azadlıqları haqqında məlumatların yayılması, təcrübə mübadiləsi edərək miqrantların müdafiəsinin təmin edilməsi üzrə tədbirlərin görülməsi yolu ilə bu günü qeyd etməyi təklif edib.
Miqrantların beynəlxalq günü milyonlarla miqrantların onları qəbul edən ölkələrin və onların mənşə ölkələrinin iqtisadiyyatına verdikləri töhfəni tanımaq imkanı kimi qiymətləndirilir.
Əli İBRAHİMOV


