“Miqrant uşaqlara dəstək” İctimai Birliyi layihə həyata keçirdi

ELAZ.İNFO xəbər verir ki, Miqrant uşaqlara dəstək” İctimai Biliyi layihə həyata keçirb. Qeyri hökümət təçkilatlarının dövlət dəstəyi agentliyinin maliyə dəstəyi ilə 03.07.2025-ci il tarixində miqrant uşaqların cəmiyyətimizə inteqrasiyasına dətək olaraq Qaradağ rayonu Qobustan qəsəbəsində ekskursiya həyata keçrildi.

Təlimatçı xanım Gülyaz Əsgərova Qobustan qayalarında insanların min illər öncə yaşadığını uşaqları bildirdi. Daha sonra Qobustan muzeyində sərgilənən ekspanatların tarixi haqında məlumatlar verdi. Qeyd etdi ki, sərgilənən ekspanatların əksəriyyəti qədim insanların istifadə etdikləri məişət alətləridir. Bu alətlərin nə üçün istifadə etdikləri haqqında məlumatlar verərək, uşaqlarda təsəvvürlər formalaşdırdı.

İkinci mərhələdə Gülyaz xanım qayaüstü rəsimlərin mənaları haqqında öz bilgilərini verdi. Əcdadlarımızın bu rəsimlərlə bizə nəyi çatdırmaq istədikləri haqqında məlumatları miqrant uşaqlara izah etdi. Açıq səma altında sərgilənən bir neçə qaval daşını göstərərək, yaxşı ov edərkən həmin daşlarla şənliklərdə musiqi aləti kimi istifadə etdiklərini vurğuladı. Təlimatçı xanım qədimdə insanların neçə su yığıqları, ocaq qalamaq üçün çaxmaq daşından istifadə edilməsi haqqında da məlumat verərək, uşaqların Azərbaycan tarixinin minilliklərə dayandığını qeyd etdi. Uşaqların marğına səbəb olan rəsmlərin yanında şəkillər çəkildi.

Xüsusilə qeyd etmək lazımdır ki, təlmiatcı G.Əsgərova öz fikirlərini Azərbaycan və İngilis dillində edirdi.

Qobustan ekskursiyasından sonra uşaqlar nahar süfrəsinə dəvət edildi. Nahar süfrəsi Azərbaycan mətbəxində olan təamlardan, müxtəlif şirin içkilərdən istifadə olundu.

elaz.info

Bizimlə oxuyun
Verified by MonsterInsights