ELAZ.İNFO xəbər verir ki, sosial şəbəkələrdə Laçın rayonunun Minkənd kəndinin baş planı paylaşılıb. Baş planda nümayiş etdirilən Minkənd adamı valeh edir.
Məlumat üçün bildirək ki, uca dağlar qoynunda yerləşən Minkənd füsunkar təbiətə malikdir. Buradakı mineral su ehtiyatları insan orqanizmi, həmçinin bir sıra xəstəliklər üçün faydalıdır. Köhnə sovetlər dövründə bura sovetlər ittifaqının hər yerindən gələn insanlar şəfa taparaq geri dönərdilər.
Yeri gəlmişkən qeyd edək ki, qədim insan məskənlərindən sayılan Minkənd özünün yetirmələri, alimləri, mütəxəssisləri və ən başlıcası sadə, səmimi, gözəl təbiətə malik insanları ilə də tanınır.
İlahə BAYINDIR