ELAZ.İNFO xəbər verir ki, Mossad”ın sabiq rəhbəri etiraf edir ki, məişət cihazlarının minalanması qlobal xarakter daşıyıb.
Ötən ilin sentyabrında Livanda peycer, skuter və digər məişət cihazlarının partlaması, nəticədə minlərlə adamın şikəst olması və ölməsi hadisələrini xatırlayırsınız?
Netanyahu bu ünvansız terroru ilə fəxr edir və bunu ən uğurlu əməliyyatlardan biri adlandırırdı. Hətta partladılan peycerlərin qızıldan düzəldilmiş suvenirini Ağ Evə səfəri zamanı Trampa hədiyyə etmişdi. Cəlladdan cəllada ən uyğun hədiyyə idi.
İndi özləri deyirlər ki, belə minalamış cihazlar hər ölkədə var. Yəqin ki, onlar müəyyən ərazi kodları ilə süni intellektə inteqrasiya olunublar və şəraitdən asılı olaraq partladıla bilərlər.
Kim bilir, bəlkə elə bu postu yazdığım telefon da mini bombadır.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
