15 FEVRAL, ELAZ.İNFO
ELAZ.İNFO xəbər verir ki, Slovakiyada keçirilən qitə birinciliyində sərbəst güləş üzrə millimizin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə millimiz də Avropa çempionu oldu.
Qitə birinciliyində üç qızıl bir gümüş və iki bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 151 xalla komanda hesabında Avropanın ən güclüsü olaraq seçildi.
Bununla da yunan-Roma güləşi üzrə milli komandamız ikinci dəfə Avropa çempionu adına layiq görüldü.
Xatırladaq ki, təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq), qızıl Eldəniz Əzizli (55 kq), gümüş Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb.
Nadir HÜSEYNOV