Millilərimiz B divizionunda mübarizə aparacaq

ELAZ.İNFO, BAKI, 16.05.2025.

ELAZ.İNFO xəbər verir ki, 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Bu barədə Sportline.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

B divizionunun matçları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq. 

Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.

Nadir HÜSEYNOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights