‘
ELAZ.İNFO xəbər verir ki, Çin nadir torpaq minerallarının xaricə qaçaqmalçılığı ilə bağlı narahatlıq yaşayır. Hətta ölkədə “sərt tədbirlər” həyata keçirildiyi də açıqlanıb. Həmçinin mineralların adı açıqlanmayan ölkəyə qaçaqmalçılıq yolu ilə aparıldığı da irəli sürülüb. Bu vəziyyət milli təhlükəsizliyə böyük təhdid hesab edilir.
“Global Times” qəzetinin məlumatına görə, bəyanatda xarici casusluq və kəşfiyyat qurumlarının ölkə daxilindən cinayətkarlarla əməkdaşlıq edərək bu minerallarla bağlı məhsulların xaricə qaçaqmalçılıq yolu ilə aparılması və bu vəziyyətin milli təhlükəsizliyə böyük təhlükə yaratdığı iddia edilir.
Aydan ŞƏRBƏTOVA