Milli-mənəvi dəyərlərimiz: tarixi ənənələrimizin, eləcə də irsimizə bağlılığın təşviqi

ELAZ.İNFO xəbər verir ki, oktyabr ayının 11-dən 14 oktyabr tarixlərinədək Qarabağda Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş maarifləndirici tədbirlər keçiriləcək.

“Mənəvi dəyərlər” həftəsi adı altında keçiriləcək bu tədbir Zəngilan, Laçın, Şuşa, Xankəndi və Ağdamda reallaşdırılacaq.

Vətən müharibəsinin 5 illiyi çərçivəsində nə həsr edilmiş tədbirin əsas məqsədi milli kimlik şüurunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə, eləcə də irsimizə bağlılığın təşviq edilməsidir.

Məlumat üçün bildirək ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun, Mənəvi Dəyərlərin Təbliği Fondunun, həmçinin Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights