ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.
F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub
Aydan