Milli Məclisin deputatı Razi Nurullayev: -“Daha da yüksək beynəlxalq nəticələr gözləyirik”

İDMANÇIMIZ BİRİNCİ OLDU

ELAZ.İNFO xəbər verir ki, İmişli rayonu, Kürdmahmudlu kənd sakini Xudiyev Ruslan Seymur oğlu Aslanov Güləş Akademiyasının sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən açıq birinciliyində 60 kq çəki dərəcəsində 1-ci yerə yüksəlib.

İdmançımızın qazandığı nailliyyətlərə sevinən Milli Məclisin deputatı Razi Nurullayev idmançımızı qəbul edib.
Deputat güləşçimizə gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı ona öz hədiyyəsini də təqdim edib.
Deputat vurğulayıb ki, “dövlətimizin idmana xüsusi diqqəti və qayğısı sayəsində gələcəkdə daha da yüksək beynəlxalq nəticələr gözləyirik”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights