Milli Məclisdə “Talassemiyasız həyat naminə” növbəti humanist addım: Qanvermə aksiyası keçirilib

ELAZ.İNFO xəbər verir ki, fevralın Azərbaycan Respublikasının Milli Məclisində könüllü qanvermə aksiyası təşkil olunub. Bu xeyirxah aksiya Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafı ilə bağlı imzaladığı sərəncamlara, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədi daşıyır.

Aksiyada Milli Məclisin rəhbərliyi, deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları böyük fəallıq nümayiş etdiriblər. Donarlar xüsusi ayrılmış sahədə peşəkar tibbi müayinədən keçdikdən sonra qan verərək irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən şəxslərə ümid işığı olublar.

Bu cür aksiyalar cəmiyyətdə həmrəylik və həssas qruplara qayğı hissinin yüksəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Toplanan qan ehtiyatları xəstələrin müalicəsində və onların həyat keyfiyyətinin artırılmasında istifadə olunacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights