Milli kimliyi ilə qürur duyanlar bu ölkənin əsl sahibidilər

ELAZ.İNFO

Kəlağayı məsələsində gecikmişik,amma olsun ziyanın yarısından da qayıtmaq xeyirdir. Əslində biz çoxdan milli adət-ənənələrmizə uyğun geyim siyasətini ciddi təbliğ və təşviq etməliydik. Çoxdan idi ki, TV-lərə baxmırdım, bayram günləri baxdım və dəvət olunanların normal geyimdə kanallara çıxardılması xoşuma gəldi. Dörd divar arasında kim nə oyundan çıxır çıxsın,ictimai yerlərdə mütləq geyim-keçim, davranış yerində olmalıdır. Bunu ürək istəyərdi ki,inzibati metodlarla yox, millət olaraq başa düşərək edərdik. Çox təssüf ki,acıda olsa deməliyik ki, biz hələ millət kimi formalaşa bilməmişik. Millət kimi formalaşsaydıq bu gün rus məktəbləri boş qalardı, daha basrıq yaranmazdı, insanlarmız özləri milli adət-ənənəyə uyğun dini geyimlər, adi geyimlər formalaşdıra bilərdilər daha farsın,ərəbin, avropanın geyimlərinə üstünlük verməzdilər. Hər zaman demişəm qərbə baxdıq göbəymizi açdıq, şərqə baxdıq çarşaba büründük, bircə özümüzə dönüb baxmadıq. Dediyim kimi millət ola bilməmişik. Millət olsaydıq indi belə məsələlər inzibati metodlarla həll olunası deyildi. Millət ola bilməmişiksə deməli inzibati metodlar işləməlidir, dövlət və hökumət o üzdən var. Yoxsa hərə ağlına gələni deyəcəksə, mən onu xoşlamıram bunu xoşlayıram desə nə dövlət qalar nə də millət ola bilərik. Ağırda olsa bu prosses getməlidir, amma əminəm ki, cəmiyyətmiz bu qərarı yüksək qiymətləndirəcək ,baxmayın sosial şəbəkələrdə farsın, rusun,ərəbin hürən itlərinə, it hürər karvan yoluna davam edər. Ümüdvaram ki, tezliklə “üzdəniraqların” qorunması ilə bağlı qanunlarda qüvvədən düşər. Xəstədilərsə müalicə alsınlar, yaşam tərzləridirsə bu ölkədə onlara rahat ictimai yerlər olmamlıdır,xoşları gəlmirsə, onlarında gedə biləcəyi qərb var, Hollandiya var. Hərə öz yaşam tərzinə görə ölkə seçə bilər kimi Əfqanistana ,kimi də Hollandiyaya. Milli dəyərlərə hörmət edən,milli kimliyi ilə qürur duyanlar bu ölkənin əsl sahibidilər.

Şaban Nəsirov

İctimai-siyasi ekspert

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights