Milli kimlik məsələsi

ELAZ.İNFO xəbər verir ki, Vəli Axundov üçün ən mühüm məsələ milli kimlik məsələsi idi.

Vəli Axundov metro layihəsinin həyata keçirildiyi günə qədər çətin, uzun yol keçib. Bakı Metropolitenın açılışı isə, onun xoşbəxtliyinin pik həddi idi. Bu məqsədə nail olmaq üçün o, bütün imkanlarından istifadə etmişdi. SSRİ dövründə Bakıda Novruz bayramının qeyd olunmasına aid bütün siyasi məsuliyyət də Vəli Axundovun üzərinə düşmüşdü. Vəli Axundov Novruz bayramını ailəsi daxilində, yaxınlar və dostlarla qeyd edirdi. 60-cı illərdə Moskvada Novruz bayramının dövlət səviyyəsində qeyd olunması müzakirə olunurdu. Bundan bir neçə il əvvəl Novruzu Orta Asiyada qeyd edirdilər. Vəli Axundov bundan xəbər tutan kimi bayramı Azərbaycanda da reallaşdırmağa can atır. Danışıqlar aparır, razılıq alır, bundan sonra isə məsləhətləşmə keçirilib. İşçi görüşündə Şıxəli Qurbanova bu bayrama unudulmaz şənlik xüsusiyyətlərinin verilməsi tapşırılır.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights