Milli İnsan Resursları Forumu keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, bu il Milli İnsan Resursları Forumunun 10 illiyi qeyd olunacaq.

“@_facemark” şirkətinin təşkilatçılığı ilə may ayında baş tutacaq bu möhtəşəm tədbirdə “İnsana Dəyər” konsepti ilə yenilikləri, trendləri və ilhamverici müzakirələr olacaq.

İnsan resurslarının inkişafı istiqamətində təcrübənin paylaşılması üçün yerli və xarici spikerlərin öz təcrübələrini bölüşdüyü Milli İnsan Resursları Forumu 2015-ci ildən etibarən hər il keçirilir. Bu il forumun may ayında bütöv bir günü əhatə etməklə 700-dək peşəkar mütəxəssis, 15+ spikerin iştirakı ilə keçirilməsi planlaşdırılır.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights