Milli düşüncə sahibləri bir sürü xarici ölkə və məzhəblərin zəncirli itlərinin əlində

ELAZ.İNFO

Günlərlə əziyyət çəkirsən, Azərbaycanın qədim tarixi ilə bağlı nadir kitablar tapırsan, tərcümə edirsən, xalqımızın və coğrafiyamız haqqında dünya səyyahları və alimlərinin müsbət və xoş sözlərini tapıb yazırsan.

Bu mövzularla yanaşı Qarabağın azad edilməsi barədə qəhrəmanlıqlar, dövlətin Zəfəri, qalib xalqın uğurları barədə müxtəlif insanların yazıları olanda elə bil bunların var yoxlarını söyürsən. Bunlar düşməndən beş manat alıb öz xalqının kürəyinə bıçaq soxan insanlıqdan çıxmış zombilərdir.

Azərbaycanlılar barədə deyilən gözəl faktları oxumayan bu lümpenlər İran, İsrail, Rusiya və məhzəb barədə bir cümlə yazan kimi tökülüb gəlirlər, ağızlarına gələni yazırlar. Elə bil bunlar pusuqda durmuş leş yeyən giyenadılar. Azərbaycana sanki qənim kəsiliblər. Bu adamlar Azərbaycanda anadan olsalar da südlərini sanki bu mövzularda əmiblər.

Tarix və hər şeyi kənara qoyaq, milli qəhrəmanlara, qazilərə, şəhid ailələrinə, veteranlara belə düşmən kəsilib profilində yad ölkələrin bayraqları, şəxsləri və məzhəb liderlərinin şəkilləri olan xainlər.

Qınamıram, burda İran, Rusiya, İsrail və məzhəb davası edənlər Baboşun canlısına girib onun toyuq yeməsinə baxanlardır. Bu adamlar üçün müqəddəs heç nə yoxdur. Baş yoxdur ki, gövdə saxlasın, gövdə də kimlərinsə qucağında oturub..

Gövdə əvəzinə başları olsa, anlayırlar ki, nə İran, nə İsrail, nə Rusiya nə də digər dövlətlər onların vətənidir. Vətən birdir. Azərbaycandır.

İnandıqları məzhəbləri belə bu ölkənin inanc sisteminə düşmən kəsiləndir. Onların xidmət etdikləri məzhəblər Azərbaycana müharibə elan edib, bizim milli kimliyimizə və tariximizə qənim kəsilən düşmənlərdir. Qanmırlar bunlar. Qana bilmirlər.

Blok siyahım günü gündən o qədər genişlənir. Elə bilirlər ki, vəssalam, bununla da bitdi. Hər qaranlıq gecədən sonra günəş doğur. O, Günəş mütləq öz millətinin kimliyinə, tarixinə və bu gününə xor baxan zombiləri yandırıb yox edəcək.

Dəyərli insanlar, Azərbaycanı sevənlər, qəlbi, mayası, kökü, qanı, geni təmiz olanları isə vətənimizin və millətimizin şanlı tarixi barədə yazı olanda sevgi göstərirlər bu cürə mövzulara.

Çünki onların mənəvi və ailə dəyərləri çox yüksəkdir. Torpaqdan doğulan qeyrətli insanlardır onlar.

Milli düşüncə sahibləri qalıblar bir sürü xarici ölkə və məzhəblərin zəncirli itlərinin əlində.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights