Milli Cəbhə Partiyasının hökumətə verdiyi təklif reallaşdı

Milli Cəbhə Partiyasının hökumətə verdiyi təklif reallaşdı. Belə ki, Azərbaycanda qohum evliliyi qadağan edildi.

Bu məlumatı ELAZ.İNFO-ya MCP partiyasının Salyan təşkilatı bildirib. Bununla bağlı Prezident İlham Əliyev ötən ilin iyulun 23-də Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləmişdi.

Dəyişiklik bu ilin iyulun 1-dən qüvvəyə mindi. Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilmir.

Qeyd edək ki, Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov 2017-ci ildə müvafiq dəyişikliklərlə bağlı Nazirlər Kabinetinə, Milli Məclisə lahiyə ilə müraciət etmiş və aldığı cavabda təkliflərin nəzərə alınacağı qeyd edilmişdi.

Yeri gəlmişkən bildirək ki, Vüqar Dadaşov dəfələrlə Salyanda olmuş, Razi bəyin tapşırığı ilə sakinlərlə görüş keçirib, təmənnasız hüquqi yardımlar göstərib.

Qeyd edək ki, Salyan sakinləri hər zaman Vüqar Dadaşovun hüquqi məsləhətindən yararlanırlar.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights