Millət vəkili Razi Nurullayev: – “Prosesdən təsirlənən vətəndaşların və sahibkarların maraqları qorunmalıdır”

Bakının şəhər salma planı çərçivəsində köhnə obyektlərin sökülməsi məsələsi gündəmə gəlib. Məsələn, yaxın vaxtlarda Dərnəgül bazarının bu sırada yer alacağı məlum olub.

Sözü gedən addım ictimaiyyətdə müxtəlif reaksiyalar doğurub. Bəziləri bunu şəhərin abadlaşdırılması üçün müsbət qiymətləndirir, digərləri isə gələcəkdə hansı yerlərin siyahıya düşə biləcəyini sorğulayır

Dərnəgül bazarından sonra Bakıda daha hansı bazarlar sökülməlidir? Bu addımların şəhər infrastrukturuna təsiri necə olacaq?

ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib ki, bu layihə Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında, o cümlədən Böyükşor gölü ətrafındakı əraziləri əhatə edir.

Bu məsələlər aydınlaşdırılmadan söküntüyə başlanması düzgün yanaşma hesab edilə bilməz. Şəhərsalma baxımından sözügedən ərazilərin abadlaşdırılmasına ciddi ehtiyac var. Hazırkı vəziyyət pərakəndə və səhmansızdır, yeni infrastrukturun qurulmasına imkan vermir. Bakının Baş Planına uyğun olaraq yolların salınması, müasir tikililərin inşası və səliqəli mühitin yaradılması vacibdir. Lakin belə təşəbbüslərlə yanaşı, həmin prosesdən təsirlənən vətəndaşların və sahibkarların maraqları da qorunmalıdır”.

Millət vəkili qeyd edib ki, “köçürülmə başlamazdan öncə bütün mexanizmlər – yeni məkanlar, kompensasiya şərtləri və iş şəraiti dəqiq müəyyən edilməli, yazılı şəkildə təqdim olunmalıdır”.

Miiət vəkili xüsusi qeyd edib ki, “bu xarici gözəllləşmənin daxili fəsadlarının olması istisna deyil və buna görə narahatdır”.

O, bildirib ki, “bu bazar söküntüsü işçi və sahibkarlarla yanaşı yerli sakinlərə də təsirsiz ötüşməyəcək. Bu məsələlər aydınlaşdırılmadan söküntüyə başlanması düzgün yanaşma hesab edilə bilməz. Şəhərsalma baxımından sözügedən ərazilərin abadlaşdırılmasına ciddi ehtiyac var. Hazırkı vəziyyət pərakəndə və səhmansızdır, yeni infrastrukturun qurulmasına imkan vermir. Bakının Baş Planına uyğun olaraq yolların salınması, müasir tikililərin inşası və səliqəli mühitin yaradılması vacibdir. Lakin belə təşəbbüslərlə yanaşı, həmin prosesdən təsirlənən vətəndaşların və sahibkarların maraqları da qorunmalıdır”.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights