ELAZ.İNFO xəbər verir ki, bu gün Azərbaycan Cumhuriyyətinin əsasını qoyan qurucu babalarımızdan, tarixdə ilk parlamentimizin sədri Əlimərdan Bəy Topçubaşovun doğum günüdür.
Görkəmli dövlət xadimimiz 163 il öncə mayın 4-də Tiflisdə dünyaya gəlmişdir. Cumhuriyyətimizin 1920-ci ilin yanvarında Paris Sülh konfransında de-fakto tanınması əsasən onun adı ilə bağlıdır. Təəssüf ki, Əlimərdan bəy və nümayəndə heyətimizin ardıcıl fəaliyyətləri nəticəsində beynəlxalq səviyyədə tanınan Cumhuriyyətimiz üç ay sonra bolşevik Rusiyası tərəfindən süquta uğradı. Ə. Topçubaşovun sonrakı taleyi də elə Parisdə davam etdi. Cumhuriyyətimizin ilk parlament sədri, görkəmli hüquqçu və böyük mütəfəkkir Əlimərdan bəy Topçubaşov 1934-cü ildə vətən həsrətilə qürbətdə dünyasını dəyişdi və hal hazırda məzarı Parisin Sen Klu qəbristanındadır.
Ruhu şad, yolu davamlı olsun!
N.B

