Bakı Kristal Zalında keçiriləcək “UFC Fight Night” turniri ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək.
ELAZ.İNFO xəbər verir ki,iyunun 21-dən 22-nə keçən gecə stansiyalarda iş saatları 2 saat uzadılacaq. Turnir iştirakçılarına görə bütün stansiyaların girişi saat 02:00-dək açıq saxlanılacaq. Həmçinin sərnişinlərin təhlükəsiz daşınmasını təmin etmək üçün Bakı Kristal Zalına daha yaxın yerlərdə ehtiyat tədbirləri görüləcək. Döyüşdə keçmiş dünya çempionu Camal Hill istedadlı Xəlil Rauntri ilə qarşılaşacaq. Azərbaycanı yarışda Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev təmsil edəcək.
Aydan ŞƏRBƏTOVA