Dünən Sosial Ədalət Partiyasının sədri, sabiq millət vəkili Mətləb Mütəllimli dünyasını dəyişib.
ELAZ.İNFO xəbər verir ki, Mətləb Mütəllimli xəstəlikdən əziyyət çəkirdi.
O, bu gün Binəqədi qəbristanlığında torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949 -cu ildə Yardımlı rayonunun Horavar kəndində dünyaya gəlmişdi. O, Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı və Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifələrində çalışıb.
Günel GÜNTAC