Məşhur aparıcı ilk dəfə ana oldu: “Həyatımın ən çətin 14 saati idi”

ELAZ.İNFO xəbər verir ki, tanınmış ukraynalı teleaparıcı və jurnalist Olena Kurbanova ana olub. 36 yaşlı ulduz bu şad xəbəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, yeni doğulmuş körpəsi ilə bağlı duyğularını ifadə edib.

Aparıcının verdiyi məlumata görə, doğuş prosesi kifayət qədər uzun və ağır keçib. Lakin o, övladını qucağına aldığı an bütün ağrıları unutduğunu bildirib: “Sən hər şeyi öz bildiyin kimi etdin… Bizim bütün planlarımıza baxmayaraq, öz gününü və saatını özün seçdin. Bu, həyatımın ən ağır 14 saatı idi, amma sənin ilk ağlamanı eşitmək üçün bu yolu təkrar-təkrar keçməyə razıyam”, – deyə Kurbanova qeyd edib.

Xatırladaq ki, Olena Kurbanova Ukraynanın tanınmış media simalarından biridir. O, uzun müddət parlament müxbiri kimi çalışıb, hazırda isə özünün “Kurbanova Live” YouTube layihəsi ilə geniş auditoriya toplayıb. Şəxsi həyatını gizli saxlamağa üstünlük verən aparıcı, övladının atasının kimliyini açıqlamayıb.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights