ELAZ.İNFO xəbər verir ki, İranda Hər il yanğınlar və mədən istismarçılarının qeyri-standard fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə meşə zolağı məhv edilir.
YUNESKO İnsan müdaxiləsinin olması səbəbindən Qaradağ meşələrinin dünya qeydiyyatına salınması barədə məsələni öz proqramına daxi etsədə ,təbiət abidəsi kimi qeydiyyata almayıb.
Bu barədə Əli Darabi məlumat verib.
” İnsan müdaxiləsinin olduğu səbəbindən Qaradağ meşələri hələ də ümumdünya irsi kimi qeydə alınmayıb. YUNESKO təbiət abidəsinin içərisində tikinti və ya insan müdaxiləsi müşahidə olunarsa, onun qeydiyyatını rədd edir; Qaradağ meşələrində isə bu müdaxilələr mövcuddur”,- o bildirib.
Darabi, təbiət abidəsinin qeydiyyata alınması üçün İran Ətraf Mühit və Təbii Sərvətlər Təşkilatının əməli işlər görməsinin vacibliyini diqqətə çatdırıb:
Emin Azəri Ərdəbil
Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarı qoruq elan edilsə də, mühafizəsi üçün yetərli tədbirlər görülməyib.