Mərkəzdə yanğın faciəsi: 3 ölü, cinayət işi açıldı

ELAZ.İNFO xəbər verir ki, martın 23-də Moskva şəhərinin mərkəzində, Nikolyamskaya küçəsində yerləşən yaşayış binasında güclü yanğın baş verib. Rusiya mətbuatının verdiyi məlumata görə, yanğın nəticəsində üç nəfər həlak olub, dörd nəfər yaralanıb.

Rusiya İstintaq Komitəsinin Moskva Baş İdarəsi yanğının səbəbləri ilə bağlı ilkin ehtimalları açıqlayıb. Müstəntiqlərin ilkin versiyasına görə, hadisəyə odla ehtiyatsız davranış səbəb ola bilər. Alovun yaranmasının ilkin və əsas versiyası kimi odla ehtiyatsız davranış nəzərdən keçirilir. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün yanğın-texniki ekspertiza təyin ediləcək – deyə idarənin bəyanatında bildirilir.

Baş vermiş faciə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) ilə cinayət işi açılıb. Hadisə yerində müstəntiqlər və ekspertlər işləyir, yanğının bütün təfərrüatları araşdırılır.

Xatırladaq ki, yanğın zamanı xilasedicilər binadan bir neçə sakini təxliyə etməyi bacarıblar, lakin təəssüf ki, itkilərin qarşısını almaq mümkün olmayıb. Yaralıların vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights