Məmura qarşı sui-qəsd cəhdi: Terror aktının qarşısı alındı, şübhəli saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, “DNR” xüsusi xidmət orqanları regionun yüksək rütbəli məmurlarından birinin avtomobilini partlatmaq cəhdinin qarşısını alıblar. Bu barədə məlumatı regionun rəhbəri Denis Puşilin “Vesti” telekanalının efirində açıqlayıb.

Puşilinin sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FSB) Donetsk idarəsinin əməkdaşları digər həmkarları ilə birgə keçirdikləri əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. “Bir neçə gün əvvəl əməkdaşlarımız terror aktının qarşısını almağa nail oldular. Bizim məmurlarımızdan birinin avtomobilini partlatmaq istəyirdilər. Cinayətkar artıq saxlanılıb və etirafedici ifadələr verir” – deyə Puşilin qeyd edib.

Son zamanlar regionda məmurlara və dövlət qulluqçularına qarşı yönəlmiş təhdidlərin artması fonunda xüsusi xidmət orqanları nəzarəti daha da gücləndiriblər. Puşilin vurğulayıb ki, cinayətkarın planları operativ şəkildə ifşa edilib və faciənin qarşısı vaxtında alınıb.

Xatırladaq ki, bundan əvvəl də bənzər hadisələr Moskva, Dnepr və Xerson vilayətlərində baş vermiş, bəzi hallarda avtomobillərin partladılması insan tələfatına səbəb olmuşdu. Hazırda Donetskdə baş verən hadisə ilə bağlı istintaq davam edir, saxlanılan şəxsin əlaqələri və sifarişçilər araşdırılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights