ELAZ.İNFO xəbər verir ki, Avropa və Cənubi Afrika paleontoloqları məməlilərin ən qədim qohumlarından sayılan “listrozavr”ın (vəhşi kərtənkələ) daşlaşmış yumurtasını aşkar ediblər. Bu tapıntı məməlilərin əcdadlarının ilkin olaraq yumurta vasitəsilə çoxaldığını sübut edən ilk birbaşa dəlildir. Vitvatersrand Universitetinin professoru Cennifer Bota bu kəşfi paleontologiya sahəsində son 150 ilin ən böyük sıçrayışı adlandırıb.
Hələ 2008-ci ildə tapılan, lakin sirri yalnız müasir texnologiya ilə açılan bu qalıq Fransadakı ESRF sinxrotronunda (güclü rentgen cihazı) tədqiq edilib. Müayinə nəticəsində məlum olub ki, yumurtanın içindəki bala hələ qabıqdan çıxmamış məhv olub. Onun çənə sümüklərinin hələ tam birləşməməsi körpənin müstəqil qidalana bilməyəcəyini və yumurtadan çıxmadığını sübut edir. Bu təkamül kəşfi meməlilərin baladoğma xüsusiyyətini çox sonralar qazandığını təsdiqləyir.
Listrozavrlar yer üzündəki ən böyük kütləvi məhv olma dövrünü (Perm dövrü) sağ çıxa bilən nadir canlılardan biridir. Alimlər aşkar ediblər ki, bu heyvanların yumurtaları bədən ölçülərinə nisbətən qeyri-adi dərəcədə böyük olub. Bu, o dövrdəki sərt iqlim şəraitində balaların daha sürətlə inkişaf etməsi və sağ qalma şansını artırması üçün təbiətin bir mexanizmi olub. Həmçinin, bu canlıların qış yuxusuna getdiyi və ehtimal ki, istiqanlı olduqları da bildirilir.
Bu kəşf elmi mübahisələrə son qoyaraq göstərir ki, məməlilərin qədim əcdadları olan звероящеры (vəhşi kərtənkələlər) fiziki quruluşca sürünənlərə bənzəsələr də, müasir heyvanların bir çox xüsusiyyətlərini daşıyıblar. Lakin onların çoxalma forması quşlar və sürünənlər kimi yumurta vasitəsilə olub.
Ruslan MƏMMƏDOV