ELAZ.İNFO xəbər verir ki, Truth sosial media platformasında yerləşdirilən bir açıqlamada Donald Tramp iki ölkə arasında su müqaviləsi ilə bağlı Meksikanı hədəfə alıb.
Meksikanın ABŞ ilə hərtərəfli su müqaviləsini pozduğunu iddia edən Tramp bildirib ki, “Bu pozuntu gözəl Texasın məhsul və mal-qarası üçün ciddi ziyan vurur. Meksikanın son beş ildə müqaviləyə əməl etməməsi səbəbindən ABŞ-a 800.000 akr-futdan çox su borcu var. ABŞ-ın Meksikadan 31 dekabra qədər 200.000 akr-fut su buraxmasını tələb etməsi; qalan hissəsi daha tez təmin edilməlidir”.
Tramp Meksikanın bu məsələ ilə bağlı ABŞ-ın çağırışlarını indiyə qədər qulaqardına vurduğunu və nəticədə Amerika fermerlərinin qurbana çevrildiyini iddia edərək deyib ki, “Bu su dərhal buraxılmazsa, Meksikaya 5% tarif tətbiq edəcək sənədləri təsdiqlədim. Meksika suyu nə qədər gec buraxarsa, fermerlərimiz bir o qədər çox əziyyət çəkər. Meksikanın bu məsələni dərhal həll etmək öhdəliyi var”.
İlahə BAYINDIR


