Məhəmməd Salah “Liverpul”dan Gedir!

ElAZ.İNFO xəbər verir ki, misirli ulduz futbolçu Məhəmməd Salah cari mövsümün sonunda İngiltərənin “Liverpul” klubunu tərk edəcəyini rəsmən elan edib. 33 yaşlı hücumçu bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşdığı video müraciətdə məlumat verib.

Bu klubda yanımda olan hər kəsə, xüsusən də komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. Azarkeşlər karyeramın ən yaxşı dövründə mənə inanılmaz dəstək oldular, bunu heç vaxt unutmayacağam. Getmək həmişə çətindir, siz mənə həyatımın ən gözəl anlarını bəxş etdiniz. Bu klub həmişə mənim evim olacaq”, – deyə ulduz futbolçu qeyd edib.

2017-ci ilin yayından “Liverpul” formasını geyinən Salah, klubun tarixinə adını qızıl hərflərlə yazdırıb. Onun statistikası heyrətamizdir: 420 matç, 250 qol (Klub tarixinin 3-cü ən yaxşı bombardiri) 116 assist Yalnız Yan Raş (339) və Rocer Hantdan (271) geri qalır. Salah “Liverpul”la birlikdə bütün mümkün zirvələri fəth edib: İngiltərə Premyer Liqasının çempionu; Çempionlar Liqasının qalibi; İngiltərə Kuboku və Superkuboku; UEFA Superkuboku; Klublararası Dünya Çempionatı; İkiqat Liqa Kuboku.

Maraqlıdır ki, ötən ilin aprelində “Liverpul” Salahla müqaviləni iki il müddətinə uzatmışdı. Lakin futbolçu cari mövsümün sonunda ayrılmağa qərar verib. Bu mövsüm Misir millisinin kapitanı Premyer Liqada keçirdiyi 22 oyunda 5 qol və 6 ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Salah “Liverpul”a gələnə qədər “Fiorentina”, “Roma”, “Çelsi” və “Bazel” kimi klublarda çıxış edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights