Medvedev: -“Rusiyaya Ukrayna ilə bağlı təminat verilməsə, hadisələr çətin ssenari üzrə gedəcək”


ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı münaqişənin həlli prosesində sənədləşdirilmiş və yoxlanıla bilən təminatlara ehtiyac olduğunu bəyan edib.

İzvestiya yazır ki, Medvedyevin sözlərinə görə, Moskva Qərbin və Kiyevin şifahi vədlərinə arxalana bilməz, çünki keçmiş təcrübə göstərib ki, onlara etibar etmək olmaz.
Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda cənab Medvedev vurğulayıb ki, “Yoxlama və nəzarət beynəlxalq münasibətlərin gələcəyini müəyyənləşdirir.

O qeyd edib ki, “Rusiya üçün vacib olan öhdəliklərin qanuni şəkildə qeydə alınmasıdır ki, bu da müqavilələrə etibar etməyə imkan verəcək”.

Rusiya rəsmisinin sözlərinə görə belə etibarlı sənədlər olmasa, Ukraynada vəziyyət “daha mürəkkəb və çətin ssenari” üzrə inkişaf edəcək.

“Beynəlxalq sahədə etimad mövzusunda deyə biləcəyimiz tək şey budur”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini yekunlaşdırıb.

Yeri gəlmişkən qeyd edim ki, mayın 19-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həlli yollarını da müzakirə ediblər. Cənab Putin Amerika prezidentinə Moskva ilə Kiyev arasında dialoqun bərpasında vasitəçilik etdiyinə görə təşəkkür edib. Cənab Tramp bildirib ki, iki ölkə dərhal atəşkəs danışıqlarına başlayacaq.

Esmira RƏHİMOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights