“MedAura” Klinikasındakı burun əməliyyatı onu ölümlə üz- üzə qoyub

…34 yaşlı Nigar Budaqlı bu il aprelin 30-da Bakıda “MedAura” Klinikasında burun əməliyyatı keçirib.
Bakıda “MedAura” Klinikasında Nigar düz 6 aydır koma vəziyyətində yataq xəstəsidir. Bu gənc qızın vəziyyəti hər gün ağırlaşır. Valideyinləri övladını xilas etmək üçün evi satıb kirayədə yaşayırlar. Ev şəraitində müalicəsi davam etdirilən xəstənin doğmalarının artıq çörək almağa da gücü çatmır. Ailə, əməliyyatı icra edən lor-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanı təqsirkar hesab edir. Onların sözlərinə görə, Nigar əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində kliniki ölüm vəziyyətinə düşüb. İş orasındadır ki, ekspert rəyində də həkimlərin təqsiri sübuta yetirilib və iş məhkəmədədir. Dəymiş ziyanla bağlı heç kim üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ailə olan- qalanı hesabına övladını yaşatmaq üçün 6 aydır çabalayır. Ailənin maddi vəziyyəti pisdir. Xəstəxanada müalicə etmək imkanları olmayan bu ailəyə, gənc bir qıza kömək edin. Onu bu vəziyyətə salanlar cəzalandırılmalı, xəstə xəstəxanada yerləşdirilməlidir. Onu da deyim ki, bu, “MedAura”a xəstəxanasında baş verən ilk belə hal deyil. Bundan öncə də dəfələrlə klinika barədə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb. Bir faktı xatırladım. 25 oktyabr 2019-cu ildə “MedAura” klinikasında estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb. Ölüm saçan klinika niyə hələ də fəaliyyətdədir? Kimlərəsə əzrayıl göndəriliblərmi?

Afət TELMANQIZI,

Əməkdar jurnalist

Bizimlə oxuyun
Verified by MonsterInsights