Elaz.info bildirir ki, Amerika Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Maykl Anton İranla nüvə müzakirələrində Amerika texniki qrupuna rəhbərlik edəcək.
O, xüsusi elçi Steve Uitkof və İranın xarici işlər naziri Abbas Araqçinin gələn həftə Romada baş tutacaq görüşündən əvvəl, həftə sonu İran rəsmiləri ilə ekspert danışıqlarının birinci raunduna rəhbərlik etməyə hazırlaşır.
Maykl Anton departamentin siyasi planlaşdırma direktorudur. Onun komandasına potensial sövdələşmənin təfərrüatlarını çıxarmaq tapşırılıb.
Aydan Şərbətova