Əldə etdiyimiz məlumata görə Ədalət Partiyası qurultay keçirəcək.
Elaz.info xəbər verir ki, Ədalət Partiyasının Ali Məclisi aprelin 19-da özünün iclasını keçirib və bu iclasda partiyanın IX Qurultayının keçirilməsi ilə əlaqədar olaraq yekdil qərara gəlinib.
Müəyyənləşdirilib ki, partiyanın növbəti qurultayı cari ilin may ayının 17-də reallaşdırılsın. Təşkilat Komitəsi artıq qurultayın hazırlıq işlərinə başlayıb. Yaxın günlərdə Təşkilat Komitəsi partiyanın yeni sədrini, müavinlərini seçəcək.
Məlumat üçün bildirək ki, partiyanın Ali Məclisi tərəfindən partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olanların hərəkətlərini pisləyən və onların əməllərinin Ədalət Partiyasının prinsipləri, qəbul etdiyi mənəvi və siyasi dəyərlərlə bir araya sığmadığı haqqında bəyanat qəbul edib. Buna adekvat olaraq Partiya qurultay keçirməyi məqsədə uyğun hesab edib.
Günel GÜNTAC