Mayeləşdirilmiş qaz idxalı pik həddə çatdı

ELAZ.İNFO xəbər verir ki, Avropa 2025-2026-cı illərin qış mövsümündə mayeləşdirilmiş təbii qaz (LNG) idxalında mütləq rekorda imza atıb. “Gas Infrastructure Europe” (GIE) məlumatlarına əsasən, regiona daxil olan LNG həcmi artıq 67 milyard kubmetrə yaxınlaşır. Avropa İttifaqı ölkələri oktyabr-mart dövrü üçün indiyədək 66,8 milyard kubmetr qaz alıblar ki, bu da 2022-2023-cü illərin rekordunu (66,6 mlrd. m³) üstələyir. İlin əvvəlindən terminallardan Avropanın qaz nəqli sisteminə daxil olan həcm 28,5 milyard kubmetri keçib. Rekord idxala səbəb yeraltı qaz anbarlarında ehtiyatların 30%-dən aşağı düşməsidir (tarixi minimumlardan biri). Mütəxəssislər yay mövsümündə də yeni satınalma rekordlarının qırıla biləcəyini proqnozlaşdırırlar. Lakin anbarların doldurulması prosesi bu dəfə daha mürəkkəb olacaq: Rusiya mənşəli LNG və boru kəməri qazına tətbiq edilən məhdudiyyətlər tədarük zəncirinə təsir edir. Bəzi Körfəz ölkələrindən gələn LNG həcmlərinin azalması Avropanı Asiya bazarı ilə kəskin rəqabətə girməyə məcbur edir. Bu amillər qarşıdakı qış üçün qazın qiymətində yeni dalğalanmalara yol aça bilər.

ELAZ.İNFO qlobal enerji bazarındakı dəyişiklikləri izləməyə davam edir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights