Elaz.info komandası Sizi səyahətə dəvət edir; müasir Babili görmək istəyirsinizsə-Maxaçqalaya səyahət edin. Respublikada 60 dildə danışan yüzdən çox xalq yaşayır (onlardan 14-ü dövlət dilidir) və onlar özlərinini mədəni və məişət ənənələrini qoruyub saxlayırlar. Siz paytaxtda, demək olar ki, bütün bu millətlərin nümayəndələrini tapa bilərsiniz.
Maxaçqalanın təsvirolunmaz cazibəsi mədəniyyətlərin müxtəlifliyindədir. Ancaq burada antik abidələr azdır. 1970-ci il zəlzələsi şəhəri demək olar ki, tarixi mədəniyyət abidələrinin tamamilə məhv edib, müasir yeni tikililər isə onu əvəzləmir.
Bununla belə, şəhər insanın ruhunu oxşayır. Burada hər şey var: rahat çayxanalar, dəbli diskotekalar və sənət qalereyaları. Burada rahat gəzzmək və dincəlmək üçün hər cür şərait vardır.
Aydan ŞƏRBƏTOVA