ELAZ.İNFO xəbər verir ki, “Qalatasaray” rəhbərliyi karyerasını “Qalatasaray”da davam etdirmək istəyən Mauro İkardiyə yeni müqavilə üçün yalnız bir şərt təklif edəcək.
“Sabah”ın məlumatına görə, ulduz futbolçu mövsümün ortası fasiləsinə kimi əvvəlki formasına qayıdarsa, ona yeni müqavilə təklif olunacaq.
Məlumat üçün bildirək ki, bu mövsüm Super Liqada 7 matçda 5 qol vuran 32 yaşlı forvard Çempionlar Liqasında 2 matçda da 53 dəqiqə meydanda olub.
İslam MAHMUDOV