İkiüzlülük bu gün artıq gizlədilən eyib yox, açıq nümayiş etdirilən “bacarıq” kimi qəbul olunur. Üzünə dürüstlük pərdəsi çəkib, arxada ən iyrənc oyunları quranlar bir-birini dərhal tanıyır, çünki eyni çirkabın içindədirlər. Onlar üçün prinsip, şərəf, vicdan sadəcə istifadə olunacaq sözlərdir, dəyər deyil.
Bu gün bir-birinə maska verənlər, sabah eyni maskanın arxasında bir-birini satmaqdan da çəkinməyəcək. Çünki xarakteri olmayan insan üçün xəyanət də adi vərdişdir. Belələri insanlara yox, yalnız öz mənfəətlərinə xidmət edir və ən təhlükəlisi də odur ki, bunu normal hesab edirlər.
Amma unutduqları bir həqiqət var ki, maska nə qədər qalın olsa da, həqiqətin qarşısında bir gün mütləq cırılıb düşəcək və o gün heç kim onların əsl simasından üz döndərməyə gecikməyəcək.
Əli İbrahimov