ELAZ.İNFO xəbər verir ki, Milli Məclisin deputatı Razi Nurullayevin köməkçisi, həm də yaxın qohumu Murad Alışov gənc yaşlarında xəstəlikdən dünyasını dəyişmişdir. Bu el-oba üçün ağır itki olmaqla yanaşı, ailəsi, yaxınları üçün daha ağır dərddir. Buna baxmayaraq, Razi Nurullayev həmişəki kimi millətinə olan sevgisindən irəli gələrək, öz əzizinin yas mərasimində, bir millət vəkili olaraq ehsanın yığışdırılmasını xahiş etdi və bunu ilk olaraq özü icra etdi.
Kənd camaatı və dini icma üzvləri tərəfindən müsbət qarşılanan bu təklif qəbul olunaraq, mərhum Murad Alışovun, eləcə də atası Valeh Alışovun və yaxından dünyasını dəyişənlərin ruhuna dualar oxundu, rəhmət deyildi.
Bir daha kənd ağsaqqalları və cəmiyyət bildirdi ki, bu adəti qoyduğuna görə həmişə Razi Nurullayevə dualar oxunacaq, Murad bəyin xatirəsi əbədi olaraq əziz tutulacaq.
ALLAH RƏHMƏT ELƏSİN!
Ruslan MƏMMƏDOV
