​Masallıda xeyriyyəçilik ənənəsinin gənc siması

​Masallıda xeyriyyəçilik ənənəsinin gənc siması: Kamil Ələkbərsoyun 34 yaşı tamam olur
​Masallı rayonunun Hacıtəpə kəndi təkcə təbiəti ilə deyil, həm də xeyirxah insanları və birliyi ilə tanınır. Bu birliyin ən bariz nümunələrindən biri olan, 2020-ci ildə təməli qoyulmuş “GÜC BİRLİKDƏDİR” xeyriyyə cəmiyyəti qısa müddətdə böyük işlərə imza atıb. Bu gün həmin cəmiyyətin sütunlarından biri olan dəyərli ziyalımızın özəl günüdür.
​ELAZ.İNFO xəbər verir ki, “GÜC BİRLİKDƏDİR” xeyriyyə cəmiyyətinin qurucularından biri, cəmiyyətin mühasibat işləri üzrə müdiri Kamil Ələkbərsoyun 34 yaşı tamam olur.
​Gənc yaşda qazanılan böyük nüfuz
​Kamil Ələkbərsoy 34 illik ömür yolunun gənc mərhələsində olmasına baxmayaraq, təmkinli davranışı, dəqiq iş prinsipi və xeyriyyəçilik fəaliyyəti ilə həm Hacıtəpə kəndində, həm də bütün rayonda böyük hörmət qazanıb. O, sadəcə rəqəmlərin deyil, həm də insanların qəlbinin dilini bilən bir mütəxəssis kimi tanınır.
​Cəmiyyətin fəaliyyətində şəffaflığın qorunması, yardımların ünvanına vaxtında və düzgün çatdırılması məhz onun mühasibatlıq sahəsindəki peşəkarlığının nəticəsidir. Lakin Kamil müəllimi fərqləndirən təkcə peşə bacarığı deyil, həm də onun səlist tövsiyələri və hadisələrə müdrik yanaşmasıdır. O, xeyriyyə işlərində hər zaman öndə olmuş, ehtiyacı olanların səsinə ilk səs verənlərdən biri kimi yaddaşlarda həkk olunmuşdur.

​Bu gün Kamil Ələkbərsoyu tanıyanlar onu vicdanlı dost, xeyirxah insan və nümunəvi vətəndaş kimi xarakterizə edirlər. 34 yaş bir insan ömrünün ən məhsuldar və enerjili dövrüdür. İnanırıq ki, o, bundan sonra da “Güc Birlikdədir” şüarı altında daha böyük layihələrin icrasında mühüm rol oynayacaq.
​Biz də öz növbəmizdə Kamil müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights