ELAZ.İNFO xəbər verir ki, Dövlət dəyişikliklər yaşayış komplekslərinin adlandırılmasından tutmuş, onlayn məzmunun idarə olunmasına və səhiyyə sisteminə qədər geniş sahələri əhatə edir. Yeni qaydalara əsasən, tikilməkdə olan yaşayış komplekslərinin adlandırılması zamanı yalnız kiril əlifbasından istifadəyə icazə verilir. Bu, şəhərsalma mədəniyyətində rus dilinin və mədəniyyətinin qorunması məqsədi daşıyır.
Onlayn kinoteatrlar və sosial şəbəkələrin sahibləri daha ciddi məsuliyyət daşıyacaqlar. Onlar Rusiyanın ənənəvi mənəvi-əxlaqi dəyərlərini nüfuzdan salan, onları diskreditə edən film və serialların yayılmasının qarşısını almağa borcludurlar.
Əhalinin sağlamlığının qorunması məqsədilə bir sıra sərt addımlar atılıb: Veyp və Tütün Saytları: Bu məhsulları satan veb-saytlar məhkəmə qərarı olmadan da bloklana bilər. Enerji İçkilərinin Reklamı: Enerji içkilərinin reklamında azyaşlılara müraciət etmək və ya onların faydalı olduğu barədə məlumat vermək qadağan edilib. Narkotik Təbliği: Narkotik vasitələrin təbliği ilə bağlı cinayət və inzibati məsuliyyət kəskin şəkildə artırılıb.
Tibbi və əczaçılıq təhsili proqramlarının reallaşdırılması zamanı distant təhsil metodlarından istifadə qadağan edilib. Volodin vurğulayıb ki, həkimlərin və orta tibb heyətinin təhsili praktik vərdişlərin qazanılması üçün kliniki bazası olan təşkilatlarda, attestasiyadan keçmiş müəllimlər tərəfindən aparılmalıdır.
Ruslan MƏMMƏDOV