Mark Rutte Rusiyanı hədələdi

ELAZ.İNFO xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte “Biz müdafiə təşkilatıyıq, lakin zəif deyilik” -deyib.

Məlumat üçün bildirək ki, iki həftə ərzində ikinci dəfə məşvərətçi mexanizm çərçivəsində toplanan MAK iclasının ardından Rusiya yazılı açıqlamada qınanaraq, “Rusiyanın beynəlxalq hüquqa uyğun olaraq NATO və müttəfiqlərinin özlərini müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidlərin qarşısını almaq üçün bütün lazımi hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcəyinə şübhə etməməlidir”- ifadəsini işlədib.

Xatırladaq ki, üç döyüş təyyarəsi Estoniyanın hava məkanını on dəqiqədən çox pozduqdan sonra bölgəyə yerləşdirilən İsveç, Finlandiya və İtaliya döyüş təyyarələri müdaxilə etmişdi. Buna rəğmən heç bir tədbir görülməməsinə qarşı Rutte belə cavab vermişdi:

-“Heç bir təhlükə qiymətləndirilmədiyi üçün MİQ-ləri vurmağa ehtiyac yox idi. Cavabımız həmişə mütənasib şəkildə cavab verməkdir, lakin lazım gələrsə, lazım olanı edəcəyimizə əmin olun.”

NATO-nun 5-ci maddəyə, kollektiv müdafiə prinsipinə sarsılmaz sadiqliyini vurğulayan MAK bəyanatında, “Rusiya eskalator, səhv hesablama riski və insan həyatı təhlükəsi yaradan bu hərəkətlərə görə tam məsuliyyət daşıyır. Bu hərəkətlərə son qoyulmalıdır” -deyilir.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights