Maraqlı həyat hekayəsi

ELAZ.İNFO xəbər verir ki, Əli Həsən oğlu Haqverdiyev “Dədə Qorqud” filmində Yalıncıq rolunda çəkilməyinə peşman olub.

Onu çox adam tanımır, lakin həqiqi istedad olub.
Əli Həsən oğlu Haqverdiyev 1939-cu il iyulun 29-da İçərişəhərdə rəssam ailəsində dünyaya göz açıb. Əli Haqverdiyevin atası Həsən Haqverdiyev əslən Güney Azərbaycanın Mamağan şəhərindən olub. Onun ailəsi əvvəlcə Güneydən İrəvan şəhərinə, ordan Gəncəyə, daha sonra da Bakıya köçür.
Ata-anasının rəssam olması Əli Haqverdiyevə də sirayət edir və o da uşaq yaşlarından bu sənətə böyük həvəs göstərir. Elə bu həvəslə də 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olur.
Əli Haqverdiyev 1958-ci ildə Rəssamlıq məktəbində oxuyanda maraqlı bir hadisə baş verir. Müəllimləri onun həm də gözəl səsə sahib olduğunu kəşf edirlər. Bu istedadın itib batmaması üçün gənc Əlini Asəf Zeynallı adına Musiqi məktəbinə göndərirlər. Hər iki texnikumun rəhbərliyi belə bir qərara gəlir ki, Əli Haqverdiyevə eyni vaxtda iki məktəbdə oxumağa imkan yaratsınlar. Beləcə o, həm Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, həm də Asəf Zeynallı adına Musiqi məktəbində təhsil alır.
Kinoda Əli Haqverdiyevin ən yaddaqalan obrazı “Dədə Qorqud” filmindəki Yalıncıq obrazı olsa da, deyilənə görə özü həmin rola çəkilməyinə peşman olub. Bunu aktyorun bacısı da xatirələrində təsdiqləyib: “O filmə çəkildiyinə görə sonradan peşman olmuşdu. Yolda adamlar onu “Yalıncıq” deyib çağırırdılar, bu da qardaşıma pis təsir edirdi”.
1992-ci il sentyabrın 14-də Əli Haqverdiyevi elektrik cərəyanı vurur və o, elə hadisə baş verən yerdə dünyasını dəyişir.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights