Maqnitlər üzrə ixrac qaydaları sərtləşdirilib

Artıq bilirsiniz ki, Çin nadir elementlər (NE) və NE tərkibli məmulatlar, xüsusən də maqnitlər üzrə ixrac qaydalarını sərtləşdirib. Lakin Çin bunlarla kifayətlənməyib. O, həmçinin NE-lərin hasilatı və emalı üzrə texnika və texnologiyaların ixrac qaydalarını da sərtləşdirib.

Bununla bağlı ELAZ.İNFO-ya danışan siyasi şərhçi Asif Şəfəqqətov bildirib ki, “Çin bu sahədə də ~90% monopoliyaya malikdir. Bu ABŞ üçün daha ağır zərbədir. Çünki Çinlə münasibətlər gərginləşəndən sonra ABŞ aqressiv şəkildə başqa ölkələrdə NE yataqları axtarır və onları ələ keçirməyə çalışır”.

Asif Şəfəqqətov vurğulayıb ki, “Çin texnologiyası olmadan isə ABŞ-ın həmin yataqları hətta ən səmərəsiz üsulla istismar etməsi üçün azı 5 il vaxt tələb olunacaq. Bundan sonra hələ emal texnologiyası və texnikasına da sahib olmalıdır. Yəni bu ABŞ-ın hegemonluğuna vurulan ən ağır zərbədir”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights