Manqıstau ərazisində Bayandur damğası

ELAZ.İNFO xəbər verir ki, Oğuz damğaları arasında ən önəmli və tez tez rast gəlinən tayfa möhürlərindən biri də — Bayandur boyunun damğasıdır.

Soy-kökünü Oğuz Xandan götürən Bayandurlar, 24 boydan biri kimi tanınır. Bayandur boyu oğuz dünyasının siyasi və mədəni tarixində mühüm yer tutmuş, dövlətçilik ənənəsi və idarəetmə bacarığı ilə seçilmişdir.

Bayandur soyunun tarixdəki ən parlaq nümunələrindən biri XV əsrdə regionun taleyinə təsir edən böyük türk dövləti — Ağqoyunlu dövlətidir.

Bu dövlətin hakim sülaləsi məhz Bayandur nəslinə mənsub idi və onların idarəetmə sistemi boyun güclü siyasi ənənəsini əks etdirirdi.

Manqıstau ərazisində Bayandur damğasının daş abidələrdə, rast gəlinməsi oğuz tayfalarının qədim hərəkət yollarını və bölgənin ümumtürk tarix-mədəni irsi ilə sıx bağlı olduğunu təsdiqləyir. Bu damğalar təkcə bir boyun rəmzi deyil, əsrlər boyunca davam edən türk dövlətçilik düşüncəsinin canlı şahidləridir.

Sabit COCULU

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights