Manhattan proyekti nüvə silahı istehsalını hədəfləyən proyekt idi

ELAZ.İNFO xəbər verir ki, Manhattan proyekti – II Dünya müharibəsi dövründə ABŞ, Kanada və İngiltərə tərəfindən başladılmış, nüvə silahı istehsalını hədəfləyən proyekt idi.

Proyektin elmi rəhbəri Robert Oppenheimer, hərbi rəhbəri isə General Leslie R. Groves idi. Bu işdəki böyük payı səbəbilə Robert Oppenheimer sonradan “atom bombasının atası” adlandırılmışdır. Proyekt uğurla nəticələnmiş və 16 iyul 1945-ci ildə “Trinity” adlandırılan test zamanı New Mexico ştatının Alamogordo şəhəri yaxınlığında ilk bomba partladılmışdır.

Proyektin nəticəsi kimi həmin ilin 6 və 9 avqust tarixlərində Yaponiyanın müvafiq olaraq Xirosima və Naqasaki şəhərlərinə “Little boy” və “Fat man” adlandırılan bombalar ABŞ tərəfindən atılmışdır.

Daha sonradan nüvə silahını təkmilləşdirmək məqsədi ilə testlərinə davam edən ABŞ 1946-1958-ci illər arasında Bikini adasında, onun ətrafındakı dənizlərdə və havada daha 23 bomba partlayışı gerçəkləşdirmişdir.

Əli İBRAHİMOV

Hüquqşünas

Bizimlə oxuyun
Verified by MonsterInsights