Makrona hüquqi yardım göstərməyə hazıram

Hara baxırsan Fransa prezidenti Emmanuel Makronun arvadnı tərəfindən məIşət zorakılığına məruz qalması videosudur. Başa düşə bilmirəm, hamı niyə bu videonu Makronu ələ salmaqla yayır?

Düzdür, Makron Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan şəxsdir, amma biz onun üzünün qızardılmasına bu rakusdan baxmamalıyıq. Bu hadisə Fransadakı məişət zorakılığın hansı səviyyəyə qalxdığını göstərir. Hazırda Fransada məişət zorakılığı qurbanlarının sayı 271 min nəfərdir. Son 10 ildə bu rəqəm 2 dəfə artıb.

Emmanuel Makronun adı da prezident statusuna görə bu siyahıdan kənarda qalmamalıdır. Heç bir şəxsin başqasını kölə vəziyyətinə salmağa ixtiyarı yoxdur, istəyir Makronun arvadı olsun, heç kimin! Əgər Fransada hüquq müdafiə təşkilatları da açıq şəkildə bu qadından çəkinirsə, rəhbəri olduğum “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Fransa Prezidentinə psixoloji dəstək göstərməyə, məIşət zorakılığına məruz qalmasına görə hüquqi yardım göstərməyə hazırdır. Bəlkə də onu psixoloqlarımız danışdırsa, deyəcək ki, heç Azərbaycana pislik etmək, Ermənistanı silahlandırmaq da ürəyindən gəlməyib. Sadəcə, evdən məcbur ediblər. Razı olsa, mən özüm də bu konsultasiyada iştirak etməyi arzu edərdim, qoy ürəyini bizə açsın.

Fransanın bizə qarşı əcaib, qəddar addımlarını başa düşmək də kömək olar. Nə də olmasa, məişət zorakılığına qarşı mübarizəyə həsr etdiyim, illərlə yığdığım təcrübə düşünürəm ki, Makrona çox lazım ola bilər.

Gülayə SƏFƏROVA

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights