ELAZ.İNFO xəbər verir ki, yeni yerli qanunlara görə ABŞ-a miqrant axının qarşısını almaq, habelə qeydiyyatı olmayan miqrantların ölkədən çıxarılması qəti məsələ olaraq ortaya qoyulub. Buna qarşı çıxanlara, etiraz aksiyası keçirənlərə qarşı sərt tədbirlər görülür. Kütləvi həbslər var. Aprelin 23-də keçirilən növbəti aksiyada həbs edilənlər arasında Türkiyə vətəndaşı Rumeysa Öztürk də var. Rumeysanın miqrasiya orqanları tərəfindən saxlanılması bir çox ictimai-siyasi dairələrdə hiddətlə qarşılanıb. ABŞ-ın Məclis və Konqres üzvləri həbs edilən miqrantları, o cümlədən türk tələbənin azadlığa buraxılması tələbi ilə çıxış ediblər. Nümayəndə Mak Qovern ABŞ-da Tramp adminstrasiyasını miqrantlara qarşı yürütdüyü siyasəti, habelə kütləvi həbsləri pisləyib.
Mak Qovern bildirib ki, “miqrantların saxlanılması həm ABŞ konstitusiyasını, həm də beynəlxalq insan haqlarını pozur”.
Ölkədə insan hüquqlarının pozulmasına qarşı çıxan Qovern qəyiyyətlə vurğulayıb ki, “Bu, əxlaqsızlıq və yanlışdır. Tramp administrasiyası tələbələri və fəalları həbs etməklə müxalif fikirləri susdurmağa çalışır. Bu şəxslər azadlığa çıxana qədər mübarizəmizi dayandırmayacağıq”.
İlahə BAYINDIR