“Magistralda avropa, kəndlərdə orta əsrlər”

Yol məsələsi “Prezidentin ehtiyat fondundan” ayrılan pullarla tez-tez gündəmə gəlir, lakin keyfiyyət sual altındadır.

ELAZ.İNFO xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında baş verən yol-nəqliyyat hadisələrinin 85%-i yaşayış məntəqələrində baş verib. Bu, kənd və qəsəbə daxili yolların işıqlandırılmaması, səkilərin olmaması və asfalt örtüyünün standartlara cavab verməməsi ilə birbaşa bağlıdır.Rayon mərkəzlərini birləşdirən əsas yollar yenilənsə də, kənddaxili yolların çoxu “təmir” adı altında sadəcə çınqıllanır, bunların əksəriyyəti isə, kənd sakinlərinin təşəbbüsü altında olduğuna görə keyfiyyət o, qədər də üzun ömürlü olmur. Bu da ilk güclü yağışda yolların yenidən sıradan çıxmasına səbəb olur.

“Rəsmi hesabatlarda ‘təmir olunmuş kənd yolları’ kimi keçən kilometrlərin böyük hissəsi əslində sadəcə çınqıl örtüyüdür. Bu isə dövlət büdcəsindən ayrılan vəsaitin asfalt örtüyünə deyil, ‘müvəqqəti kosmetik müdaxiləyə’ xərclənməsi deməkdir. Mütəxəssislər bildirir ki, drenaj sistemi olmayan çınqıl yolun ömrü cəmi bir intensiv yağış mövsümüdür.”

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights