MAGA-çılar Aİ-ni içindən laxladırlar

ELAZ.İNFO xəbər verir ki, bu ilin 24-25 may tarixində Budapeştdə keçirilən “CPAC Hungary 2025” tədbirində Çexiyanın ANO partiyasının sədri Ancey Babişin çıxışında bunları söylədi:

-“Bizə yalnız siyasətdə deyil, həm də prinsiplərdə də intibah lazımdır. Bizə köklərini silən deyil, ona qayıdan; dövlətüstü bir qurum deyil, dövlətlər birliyi olan; müxtəlifliyə hörmət edən; vətəndaşların səslərini boğan deyil, onları eşidən; azadlığın bazarlarda, nitqdə, gündəlik həyatda seçim demək olduğu bir Avropa İttifaqı lazımdır. Biz Avropanı kənardakılardan deyil, onun nə olduğunu unutmuş içimizdəkilərdən geri almalıyıq. Avropa Brüssel deyil. Bu Praqa, Varşava, Budapeşt, Roma, Paris, Madriddir. Bu eşidilmək istəyən vətəndaşların səsidir. Bu millətlərin özlərini idarə etmək, uşaqlarını istədikləri kimi tərbiyə etmək hüququdur.”

Bu qısa mətndə Aİ-nin bütün qlobalist fəaliyyətlərinə, ideologiyasına, planlarına qarşı kəskin tənqid və etiraz var.

“CPAC Hungary 2025” knfransında Macarısan, Slovakiya və Gürcüstanın baş nazirləri Viktor Orban, Robert Fiko və İrakli Kobaxidze, ABŞ-ın Daxili təhlükəsizlik naziri Kristi Noem, müxtəlif ölkələrin antiqlobalist partiyalarının liderləri, siyasi şərhçiləri və jurnalistləri iştirak etmişdilər. Tədbir Trampın video-müraciəti ilə açılmışdı. Müzakirə olunan əsas mövzular bunlar olmuşdu: suverenlik, ailə, xristian dəyərləri, milli identiklik, qlobalizmə müqavimət.

CPAC (Mühafizəkar Siyasi Fəaliyyətlər Konfransı) ABŞ sağçıları tərəfindən yaradılmış, hər il ABŞ-da və başqa ölkələrdə keçirilən siyasi tədbirdir. Vatikan da ona dəstək verir. Hazırda MAGA-çıların rəhbərliyi altında fəaliyyət göstərir. Deyilməyən, lakin görünən məqsədlərindən biri də Aİ-nin içərisindən parçalamaqdır.

4 oktyabrda Çexiyada keçirilən parlament seçkilərində ANO partiyası qalib gəldi. 9 dekabrdan A.Babiş Çexiyanın baş naziridir.

Çexiya qlobalistlərin “istehkamlarından” biri idi. 2023-cü ilin martından ölkənin prezidenti Çexiya ordusunun Baş qərargah rəisi (2012-2015), NATO Hərbi Komitəsinin sədri (2015-2018, Şərqi Avropadan bu vəzifəyə təyin olunan yeganə şəxs) olmuş ordu generalı Petr Paveldir.

Göründüyü kimi, MAGA-çılar Aİ-ni içindən laxlatmaq istiqamətində uğurla fəaliyyət göstərirlər. Hələlik yalnız Rumıniyada böyük saxtakarlıq və qanunsuzluq sayəsində Aİ onlara qalib gələ bilib. ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da məhz antiqlobalist, suverenist ölkələrlə əməkdaşlığa üstünlük verilib.

Yeri gəlmişkən, bu ölkələrin hamısı keçmiş Avstriya-Macarıstan imperiyasına daxildir. ABŞ da, Vatikan da keçmiş imperiyanın bu və ya digər formatda bərpasına çalışırlar. Bu isə Britaniyanın planlarına ziddir.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights